Qızıl medalın sahibi özünə yeni bahalı avtomobil aldı - FOTO

«Bakı 2015» I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medalın sahibi bunu öz instagram səhifəsində paylaşıb. “Dodge” markalı maşının fotosunu paylaşan Ayxanın bunu hansı qiymətə aldığı bilinmir.
İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən Avropa Oyunlarında milli komandamız 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci pillənin sahibi olmuşdu. Onlara verilən mükafatlara gəlincə isə I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), pul məbləği ayrılmışdı.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir










