Qubada ötən əsrin “Pobeda”sı qorunur - FOTOLAR

Nəvəsi qiymətsiz hədiyyəni ona bağışlayan babası Heybət kişinin şəklini avtomobildə gəzdirməklə ona olan ehtiramını sübut etməyə çalışır. Bir zamanlar dövrünün ən gözəl avtomobili sayılan “Pobeda” artıq tarixə qovuşub. Quba sakini Mehdi Hüseynov hələdə baba yadigarı olan “Pobeda”sına göz bəbəyi kimi baxır. 1953-cü il istehsalı olan bu maşını babası Heybət Məmmədov elə həmin ildə alıb. 1991- ci ildə isə onu nəvəsi Mehdiyə bağışlayıb. Mehdi isə bu günədək sözün əsl mənasında babasının hədiyyəsinin üstündə əsir. Mehdi Hüseynovun sözlərinə görə, şimal bölgəsində yeganə olan 61 yaşlı Pobedanı almaq istəyənlər çox olub. Onların içərisində xarici vətəndaşlara da rast gəlinib. Hətta ona yaxşı pul da təklif olunub. Buna baxmayaraq o, babasının yadigarını satmaq fikrində deyil. 2400 kub metrlik mühərrik həmci və 5 pilləli sürət qutusuna malik Pobeda yerli sakinlərlə yanaşı bu gün bölgəyə gələn turistlərin də böyük marağına səbəb olur. Mehdi Hüseynov isə bu qiymətsiz hədiyyəni ona bağışlayan babası Heybət kişinin şəklini avtomobildə gəzdirməklə ona olan ehtiramını sübut etməyə çalışır.
“Qafqazinfo” sözügedən əfsanəvi maşının fotolarını təqdim edir:
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur















