“Renault”nun satışları azalıb

Avtobazar 17 Yanvar 2022 13:46
“Renault”nun  satışları azalıb
WhatsApp kanalımıza abunə olun

Ötən il ərzində Fransanın avtomobil istehsalçısı “Renault Group” korporasiyasının qlobal satışları azalıb. Bu, xüsusilə çip təchizatı ilə bağlı problemlərlə bağlı olub. Bununla da, ardıcıl üçüncü ildir, şirkətin qlobal şatışları mənfi dinamika nümayiş etdirir.

Hesabat ilində minik avtomobilləri və yüngül nəqliyyat vasitələrinin satışları 4,5% azalaraq 2 696 401 vahid olub.

“Renault” markalı avtomobillərin satışları 5,3% azalıb, “Dacia”nın 3,1%, “Lada”nın isə 0,3% artıb.

Şirkət qeyd edib ki, əsas beş Avropa ölkəsində (Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniya) pərakəndə satışların payı 58% təşkil edib. Bu, 2019-cu illə müqayisədə 6 faiz bəndi çoxdur.

Oxunub : 1660
ŞƏRH YAZ
Ad

E-mail

Şərh