«Repsol Lubricants Azərbaycan» və Avtosfer.az yeni müsabiqəyə start verdi

Repsol sənaye və avtomobil yağlarının Azərbaycanda rəsmi və yeganə distribyutoru "Repsol Lubricants Azərbaycan" şirkəti və Azərbaycanın ən böyük avtomobil informasiya portalı olan Avtosfer.az saytı ilə birgə layihəyə başlayıb. Belə ki, Azərbaycanda avtomobil sürücülərinin və həvəskarlarının maarifləndirilməsi sahəsində ən böyük informasiya portalı olan Avtosfer.az saytında hər həftə keçiriləcək müsabiqədə qaliblər «Repsol» şirkətindən hədiyyə əldə etmək imkanı qazanacaqlar. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs premium klass «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Sualın cavabı növbəti həftənin birinci iş günü açıqlanacaq. Suala ilk və doğru, ətraflı cavab verən şəxs mükafatı qazanacaq .
Avtosfer.az haqqında: Bu Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən həyata keçirilən «Peşəkar sürücü; hüquq və vəzifələr» adlı layihə çərçivəsində 01 aprel 2014-cü ildə yaradılıb. Saytın əsas məqsədi yol hərəkəti iştirakçılarını maarifləndirməkdir. Saytda oxucuların da fikirlərini öyrənib onları maraqlandıran suallara cavab verilir. Saytda bütün suallar jurnalist, «Qoşa xətt» verilişinin aparıcısı Elməddin Muradlı, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı və Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov tərəfindən cavablandırılır.
“Repsol” haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.
Repsol Lubricants Azərbaycan:
Tel: 480 40 00
www.repsol.com
www.repsoloils.az
Tel: 055-070 – 335 15-59
Ünvan: Mətbuat prospekti 24
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











