“Retro avtomobillərin gözəllik və zərafət yarışı...” - VİDEO

“Retro avtomobillərin gözəllik və zərafət yarışı...”. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində bu ad altında keçirilən yarışma böyük marağa səbəb olub. Münsiflərin xarici, daxili görünüş, orijinallıq, tarix kimi müxtəlif kateqoriyalar üzrə qiymətləndirmə apardıqları yarışmanın nəticələrinin bir neçə gün ərzində açıqlanacağı planlaşdırılır.
Yarışmaya maraq isə gözlənildiyindən də çox olub. Şəhər sakinləri və turistlər ən qədim taksi markaları ilə tanış olmaq imkanı əldə ediblər. Bundan əvvəl tamaşaçıların bəzilərinə retro avtomobildə əyləşib qısa müddət ərzində nostalji hisslərə qapılmaq şansı da verilib. Avtomobillər arasında 1974-cü ilin Mercedesinə, 1976-cı ilin Chevroletinə, 1961-ci ilin Porşesinə belə rast gəlmək mümkündür.
Retro avtomobillərə həddən artıq marağın olduğunu görən təşkilatçılar gələcəkdə belə yarışmaları daha tez-tez təşkil etmək niyyətindədir.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










