"Rolls-Royce"-a "kostyum geyindirdilər" - FOTO

“Rolls”-lar üzərində apardığı işləri ilə məşhur olan və artıq öz “Ghost” versiyasını istehsal edən Almaniyanın tüninq emalatxanası “Spofec” (yəni, “Novitec” bölməsi) bu markanın modeli üçün daha bir variant təqdim edib. Avtosfer.az auro.az-a istinadən məlumatına görə, onlar dördqapıya dəbli “kostyum” geyindiriblər və turbolaşdırılmış V 12-ə güc əlavə ediblər.

“Spofec”-dən olan mütəxəssislər “Ghost”-un asmasını tamamilə dəyişiblər, radiator barmaqlığı və qapı tutacaqları üzərində işləyiblər, onu “Pirelli” şinləri olan 22-düymlük təkər diskləri ilə təchiz ediblər.

Bu iş indi qızılı-qara çərçivədə aparılıb. Texniki cəhətdən daha çox iş görülüb. Burada sedanı 5 kq yüngülləşdirən yeni qazburaxma sistemini, karbon-keramik əyləcləri göstərmək olar.

Texniki təkmilləşdirmə 6,5-litrlik tvin-turbo mühərrikinin gücünü 710 a.g.-dən artıq edib (əvvəl bu, 563 a.g. idi). Bundan sonra “Rolls-Royce” ilk yüzlüyə 4,4 saniyəyə sürətlənəcək. Maksimal sürət yenə də 250 km/saatdır.

Tünerlər maksimal sürətin əvvəlki kimi qalmasını belə izah ediblər ki, ağır avtomobilin təkərləri yüksək sürətdə yaxşı idarə olunmurlar.

BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










