Rusiya Türkiyədəki avtomobil zavodunu bağladı

Sakaryanın Söyüdlü kəndində Rusiyanın GAZ yük maşınları istehsal edən fabrik işini dayandırıb. Avtosfer.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə CNN türk xəbər verib. Zavod rəhbərliyi dekabrın 9-dan işçiləri müddətsiz məzuniyyətə göndərib. 2012-ci ildən Rusiyanın ən böyük yük avtomobil firması olan GAZ-ın Türkiyədəki distrübüterliyini "Mersa Otomativ" şirkəti həyata keçirirdi. Şirkətin Sakaryada qurduğu zavodda avtomobillərin montaj işləri görülürdü. Zavodun açılışına GAZ-ın rəhbər heyəti ilə bərabər, Rusiyanın enerji naziri Aleksandr Novak da qatılmışdı. Türkiyə mediası yazır ki, Ankara ilə Moskva arasında uçaq böhranı ilə yaranan soyuq münasibətlərə qədər işlər yolunda gedib və zavod nəzərdə tutulduğu kimi, ildə 12 min yük maşını istehsal edib. 20 min işçisi olan zavod eyni zamanda bölgənin ən böyük istehsal müəssisələri sırasında olub. Bir neçə gün öncə isə, burada çalışan Rusiyalı mütəxəssislər ölkələrinə geri çağırılıb.
"Mersa Otomotiv" hələlik zavodun dayanması ilə bağlı rəsmi açıqlama yaymayıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










