Reklam

Saxta sənədlərlə avtomobil satdı; məhkəməyə düşdü - FOTO

Avtobazar 9 Oktyabr 2015 18:11 Oxunub 1558
Saxta sənədlərlə avtomobil satdı; məhkəməyə düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçmiş məhkumun yeni məhkəməsinin baxış iclası oktyabrın 16-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gəncə şəhər sakini Mətləb Nağıyevin cinayət işi üzrə məhkəməsi başlayıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, bu ilin mart ayında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rauf adlı şəxsin Sabunçu rayonunun Bilgəh qəsəbəsində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini saxta sənədlər əsasında başqa şəxslərə satması barədə müraciətlər daxil olub. Aparılan araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunan Rauf Məmmədovun həqiqətən Bilgəh qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinə dair sənədin surətini Sərxan Qəhrəmanov adlı vətəndaşa verərək, həmin ərazinin guya özünə məxsus olduğunu bildirməsi və bu məqsədlə sonuncudan ilkin olaraq 5 min manat məbləğində pul alması müəyyən edilib. Tərəflər qalan məbləğin əvəzində Sərxan Qəhrəmanova məxsus avtomobilin R.Məmmədovun tanışı olan İlham Rzayevin adına keçirilməsi barədə razılığa gəliblər. Qanunsuz sövdələşməyə yardımçı olan Gəncə şəhər sakini Mətləb Nağıyev, həmçinin İlham Rzayev və Rauf Məmmədov sözügedən avtomobili sonuncunun adına rəsmiləşdirmək istəyərkən Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıblar. M.Nağıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluqda, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh