Təhlükəli erməni yolları - QORXUNC VİDEO

Avtobazar 8 İyul 2014 02:05 Oxunub 2712
Təhlükəli erməni yolları - QORXUNC VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dibsiz quyuya yuvarlanan Ermənistanın xaraba qalmış kəndləri

Ermənistanda elə kənd yolları var ki, həmin yolla rayon mərkəzinə hərəkət etmək insanlar üçün gedər-gəlməz yolu qədər təhlükəlidir. Anspress-in məlumatına görə, bu barədə bu günlərdə sosial şəbəkədə video paylaşmış erməni bloger Ara Şirinyan yazıb: “Baxın, rayon mərkəzi Meğridən Nrnadzor kəndinə necə gedirlər?. İkinci dəfə bu yolu bir də getməzdim. Düzü, mən bilmirəm, onlar niyə gedirlər? Hətta, bunu şərh belə edə bilmirəm”.

Videoda təsvir edilən yol əslində Meğri-Nüvədi yoludur. 1929-cu ildə Azərbaycanın Zəngilan rayonundan alınaraq Ermənistana verilən Nüvədi kəndinin adı 1994-cu ildə dəyişdirilərək Nrnadzor qoyulub. Sovet vaxtı kəndin əsas əlaqələri Zəngilan rayonu ilə idi. Məsələnin maraqlı tərəfi odur ki, İrəvan rejimi hüquqi cəhətdən ona bağlı əraziləri qoyaraq işğal etdiyi ərazilərə yol çəkməklə məşğuldur. Məsələn, bu günlərdə Ermənistan Kəlbəcərdən keçməklə Azərbaycanın işğal edilmiş Ağdərə rayonuna yol çəkir. Qəribə erməni məntiqi, daha doğrusu, məntiqsizliyidir - öz ərazilərini xaraba qoyur və başqasından oğurlanmış, gec-tez qaytarılacaq ərazilərə isə iri pullar yatırır. Bu cür anormal yanaşmanın nəticəsidir ki, bir vaxt 3,8 milyon insanın yaşadığı Ermənistanın rəsmi qeydiyyatında indi cəmi 2,8 milyon adam qalıb. Rusiyada əmək miqrantı kimi çalışan 600 min Ermənistan vətəndaşını da çıxdıqda, rəsmi məlumatlara görə, ölkədə cəmi 2,2 milyon adam qaldığı ortaya çıxır. Əhalinin bu 1,6 milyon azalması məhz 15 il qabaq hakimiyyəti çevrilişlə ələ keçirmiş “Qarabağ klanı”nın dövründə baş verib. Yəni “Qarabağ klanı” Dağlıq Qarabağda yaşayan 140 min ermənini guya müstəqil etmək naminə, Ermənistandan 1,6 milyon ermənini didərgin salıb. Sovet komsomolunda “yetişmiş” klan liderləri hələ anlamırlar ki, dövlətin qüdrəti və nüfuzu heç də nəzarət etdiyi ərazilərlə ölçülmür. Sovet dövründə Karen Demirçyanın rəhbərlik etdiyi ərazicə ən kiçik respublika olan Ermənistan özündən dəfələrlə böyük respublikalardan daha nüfuzlu idi. İndi isə rollar dəyişib, “Qarabağ klanı” nəzarət etdiyi əraziləri böyütsə də, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu itirib. İndi Ermənistanı heç kim müstəqil dövlət saymır, öz işini İrəvanın başının ağası Moskva ilə görür, çünki klan Ermənistanı Rusiyanın müstəmləkəsinə çevirib. Əcəba, “Qarabağ klanı” daha bir 15 il də hakimiyyətdə qalsa, görəsən, Ermənistanın başına hansı bəlalar gələcək?!

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh