«Tesla» maşınlarında “avtopilot” funksiyasına start verildi - VİDEO

«Tesla» şirkəti, avtomobilləri üçün “avtoplitot” rejimini təmin edən yeni proqramın tətbiqinə başlayıb. Proqram «Model S» və yeni «Model X» avtomobillərinin magistral yollarda avtomatik idarə olunmasına, zolaq dəyişdirməsinə və nəqliyyatın hərəkətinə uyğun olaraq sürəti dəyişməsinə imkan yaradır. Tesla icraçı direktoru Elon Musk bildirib ki, avtopilot funksiyası sürücünün yollarda güvənini artırmaq üçün nəzərdə tutulub. Lakin cənab Musk onu da deyib ki, proqramdan istifadə edən sürücülər diqqətli olmalıdır. “Ümid edək, avtomobil piyadalara dəyməyəcək”,- o mətbuata bildirib. Onun sözlərinə görə, əgər maşın toqquşarsa, yenə də sürücü məsuliyyət daşıyır. “Sürücü məsuliyyətdən boyun qaçıra bilməz. Bu, gələcəkdə nə vaxtsa baş verəcək”.
Proqram Şimali Amerikada istifadəyə verilib. Dünyanın başqa bölgələrində isə növbəti həftələr ərzində proqramın tətbiqinə başlanacağı gözlənilir. Proqram maşının mövqeyini və yolunu müəyyən etmək üçün kameralardan, radar və ultrasəs sensorlardan və xəritədən istifadə edir. Avtomobil gedəcəyi yerə çatanda park etmək üçün yeri özü axtarır.
Tesla bu prosesi tədricən həyata keçirməyi planlaşdırır. «Hazırda proqramda bəzi məhdudiyyətlər var və vaxt keçdikcə təkmilləşdirilməlidir», -cənab Musk bildirib. “Əgər güclü qar yağarsa sistemin çalışması çətinləşəcək, ona görə də diqqətli olmağı məsləhət görürük. Vaxt keçdikcə bu proqram insandan daha yaxşı çalışacaq. O heç vaxt yorulmur, heç vaxt içkiyə ehtiyacı yoxdur və avtomobildə heç kimlə mübahisə etmir,” o bildirib. BMW və Volvo kimi digər avtomobil istehsalçıları da avtomatik funksiyaların inkişafı və tətbiqi üzərində çalışır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










