“Tesla”nın yeni krossoverinin qiyməti açıqlanıb - VİDEO

“Tesla” elektromobil şirkəti Kaliforniya avtomobil sərgisində ən yeni avtomobilini “Model X” krossoverini təqdim edib. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, model ilk dəfə 2012-ci ildə təqdim edilib. Onun 2013-cü ildə satışa çıxarılacağı açıqlansa da, bu tarix bir neçə dəfə təxirə salınıb. Lakin indi “Model X”ı ilk sifariş edənlər onu 2016-cı ilin fevral ayından sonra əldə edə biləcəklər.
Texniki göstəricilərinə gəldikdə isə “Model X” 772 at gücündə 2 elektrik mühərriklə təhciz edilib. Avtomobil 0-100 km sürətini 3,2-3,8 saniyə arasında yığır.Elektromobil bir dəfə enerji yığmaqla maksimal sürət 250 km/saat olmaqla 400 kilometr məsafə qət edir.
Avropada əsasən Hollandiyadakı zavodda istehsal olunacaq “Model X”ın qiyməti 80 min dollardan başlayacaq. Xatırladaq ki, «Tesla» avtomobilləri Bakıda da satılır. Yerli ofisdən verilən məlumata görə, hələlik yeni avtomobilin Bakıda nə vaxt satılacağı məlum deyil.




Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










