"Toyota" avtomobillərini geri çağırır: 6,5 MİLYON

Yaponiyanın Toyota Motor Corp. şirkəti bütün şüşəqaldırıcıları ilə problemi olan 6,5 milyon avtomobili geri çağırır, Bloomberg agentliyi məlumat yayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Yaponiyada 2005-ci ilin yanvarından 2006-cı ilin avqustuna qədər və 2008-ci ilin avqustundan 2010-cu ilin iyun ayına qədər istehsal edilən maşınlar geri gətirilir. Həmçinin Yaponiyanın sərhədlərindən kənarda 2005-ci ilin avqustundan 2006-cı ilin avqustuna qədər və 2009-cu ilin yanvarından 2010-cu ilin dekabrına qədər istehsal edilən maşınlar da geri çağırılacaq. Bununla yanaşı, ölkə daxilində Yaponiya avtomobil konserni Toyota Motor Corp. 600 mindən çox maşını alışmaya səbəb ola biləcək şüşəqaldırıcıda olan problemə görə geri qaytarır. Şirkət müvafiq bildirişləri bu gün Dövlət torpaq, infrastruktur, nəqliyyat və turizm nazirliklərinə göndərib. Yaponiyada 2005-ci ilin yanvarından 2010-cu ilin iyununa qədər istehsal edilən 601 min Vitz geri qaytarılacaq. Şirkətin məlumatına əsasən bu maşınlarda sürücü qapısındakı şüşəqaldırıcının naqilinin qısaqapanması təhlükəsi var. Bu problemə görə son zamanlar 46 alışma halı baş verib, hadisələr zamanı xəsarət alan olmayıb.
Qeyd edilir ki, bundan əvvəl Vitz modellərinin geri çağırılması artıq 2010-cu ildə həyata keçirilib. Toyota Yaponiyada 2012-ci ilin noyabr ayından 2015-ci ilin sentyabr ayına qədər istehsal edilən 140 min Crown sedanını geri çağırıb. Bu modellərin kapotunun kilidində problem olub, belə ki, kilid hərəkət zamanı açıla bilirdi.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...










