“Toyota” minlərlə maşını geri çağırır

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” şirkəti 1,4 milyon avtomobili geri çağıracaq. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, bu, avtomobillərin təchiz edildiyi yerli “Takata” şirkətinə məxsus təhlükəsizlik yastıqlarında olan problemlə bağlıdır. Məsələ ondadır ki, yastıqlara havanın vurulması sistemi nasaz olduğundan avtomobil hərəkət edərkən yastıq dağıla, sürücü və ya qabaq oturacaqda əyləşən sərnişin zədə ala bilər.
“Takata”nın istehsal etdiyi təhlükəsizlik yastıqlarına görə 2008-ci ildən bəri ümumilikdə 25 milyon avtomobil geri çağırılıb. Onların arasında “Mazda”, “Honda”, “Nissan”, “Toyota”, “BMW”, “General Motors”, “Ford”, “Chrysler”, “Mitsubishi” və “Subaru” kimi markalar var. Ən çox "Honda" avtomobilləri geri çağırılıb - 14 milyon ədəd. Bu illər ərzində təhlükəsizlik yastıqlarının partlaması nəticəsində yaranan metal qırıntılarından 6 nəfər həlak olub. Bundan başqa, daha 100 nəfər yaralanıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










