"Toyota"-nın top-meneceri qandallandı

Narkotik qaçaqmalçılığında şübhəli bilinən "Toyota" avtomobil şirkətinin top-meneceri Culi Hemp Tokio prokurorluğa çağırılıb. Avtosfer.az rianovosti-yə istinadən verdiyi məlumata əsasən, iyunun 11-də Tokionun "Narita" aeroportunda C.Hempin adına göndərilmiş bağlamada 57 ədəd oksikodon həbi aşkarlanıb. Güclü ağrıkəsici olan oskikodon preparatının tərkibində narkotik maddələr var.
Yaponiyada istifadəsi qadağan edilən bu dərmandan tez-tez onkoloji xəstələrin ağrılarını azaltmaq üçün istifadə edilir.
Şübhəli şəxs bildirib ki, preparatın Yaponiyada narkotik vasitələr kateqoriyasına düşəcəyini bilmirmiş. Ancaq məlum olub ki, "zinət əşyası" kimi göndərilən bağlamada preparat oyuncaq bijuteriya ilə birgə qutunun dibində gizlədilibmiş.
Yaponiya hüquq-mühafizə orqanları bağlamanı göndərənin kimliyini müəyyənləşdirirlər.
Xatırladaq ki, bağlama ABŞ-ın Kaliforniya ştatından göndərilib.
Həmçinin C.Hempin narkotik maddə qəbul etdiyini müəyyənləşdirmək üçün onun sidiyindən analiz götürüləcək.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











