"Toyota" şirkəti "GR Corolla" modelinin növbəti tizerini dərc edib
Toyota şirkətinin Şimali Amerika ofisi Instagram sosial şəbəkəsində Corolla modelinin “bərkgedən” versiyasının şəklini dərc edib. Bu, “bərkgedən” hetçbekin yaxın zamanlarda ABŞ-da debüt edəcəyinə işarədir. Ön planda standart hetçbek durur, lakin tizerin əsas qəhrəmanı kamuflyaja bürünmüş şəkildə soldakı konteynerlərin kölkəsində gizlənir. Şəkil “Step out from the shadows into spotlight” (“Kölgədən işığa çıx”) yazısı ilə müşayət olunur. Çox güman ki, söhbət Toyota GR Corolla modelindən gedir.
Əvvəlki tizerdə olduğu kimi, pasxa ismarıcı olmadan ötüşməyib, üstəlik, şəbəkə istifadəçiləri ikinci tizerdəki ismarıcları daha tez aşkar ediblər. Belə ki, şəkilin sol hissəsindəki qırmızı konteynerdə G.16 indeksini görmək olar: bu, GR Yaris modelinin üçsilindrli turbomühərrikinin zavoddaxili indeksinə - G16E-GTS işarədir. Böyük ehtimalla, “bərkgedən” Corolla hetçbeki adı çəkilən mühərriki əldə edəcəkdir. Bu yazının yanındakı GR Four indeksi isə, “bərkgedən” Yaris modelinin tam ötürmə sisteminə işarə edir.
Toyota şirkəti GR Corolla modelinin əvvəlki tizeri oktyabr ayında dərc edib. Şəkildə adi hetçbekin salonu təsvir olunsa da, bu tizerdə də kamuflyajlı modelin kiçik görüntüsü, G.16 və GR Four yazıları da vardı. Lakin istifadəçilər bu yazıların aşkar edilməsinə bir ay vaxt sərf etmişdilər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










