«Toyota»nın da loqosunun sirri açıldı - FOTOLAR

Dünyanın hər yerində ən məşhur avtomobil markalarından birinin "Toyota" olduğu hər kəsə bəllidir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, bu markanın loqotipinin maraqlı mənası var. Şəkildə gördüyünüz bu loqotip iynənin başına keçirilmiş sapın xüsusi bədiiləşdirilmiş təsviridir. Belə ideya ondan yaranıb ki, "Toyota" avtomobillərinin istehsalçısı olan Toyoda Automatic Loom Works Ltd avtomobil istehsalına başlayanadək (1936-cı ilədək) tikiş maşınlarının istehsalı ilə məşhur olub. Amma bu, adi təsvir deyil və özündə iki mənanı ifadə edir:
1. Loqoda 3 oval var, Onlardan ikisi bir-biri ilə kəsişir və bu ovalın ən kiçiyi avtomobil həvəskarının (müştərinin) ürəyinin rəmzidir. Kəsişən ikinci oval avtomobilin istehsalçısının ürəyinin rəmzidir. Yəni ideya müəllifləri demək istəyirlər ki, bizim avtomobil onu düzəldənin və sürənin ürəklərini birləşdirir. Bu iki ovalı əhatəyə almış böyük oval isə "Toyota"nın böyük imkanlarının və böyük gələcəyinin rəmzidir.
2. "Toyota"nın loqosu həm də onun adının latın hərfləri ilə ifadəsidir. Bu, ikinci şəkildən aydın görünür.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











