Ucuz avtomobillər satışa çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 6-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az xəbər verir ki, oktyabrın 6-da keçiriləcək hərraca ümumilikdə 7 avtomobil çıxarılacaq. Həmin avtomobillərin arasında 2005-ci il istehsalı olan "Wolkswagen Passat", 2007-ci il istehsalı olan 3 ədəd "Nissan Maxima", 2006-ci il istehsalı olan "KİA Magentis-Optima", 2006-ci il istehsalı olan "Chevrolet Lacetti" və 2003-cü il istehsalı olan "KAMAZ-65115" var.
Onu da əlavə edək ki, "Wolkswagen Passat" 7 565 manatdan, "Nissan Maxima" 7 449, KİA Magentis-Optima 7 168, Chevrolet Lacetti 3 415, KAMAZ-65115, 4 570 manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq.
Qeyd edək ki, Bakının avtomobil bazarında 2005-ci il istehsalı olan "Wolkswagen Passat"-ın qiyməti 7 600 dollar və ya 7960 manat, 2007-ci il istehsalı olan "Nissan Maxima"nın qiyməti 9 500 dollar və ya 9 950 manat, "Chevrolet Lacetti"-nin qiyməti isə 6 000 dollar və ya 6 284 manatdır.
Fidan
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...











