“Volkswagen” elektromobil istehsalını da dayandırmağa məcbur olub

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” çip çatışmazlığına görə ilk dəfə elektromobil istehsalını dayandırıb.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, “VW ID.3”, “VW ID.4”, “Audi Q4 e-tron” və “Cupra Born” modellərinin istehsalı bir həftəlik dayanıb. Bunun nəticəsində 5 min ədəd az avtomobil istehsal ediləcək.
Buna kimi şirkət daxili yanacaq mühərrikli “Golf” və “Tiguan” avtomobillərinin istehsalını dayandırsa da elektromobil istehsalının elektron hissəslərə təchizatına prioritet verilirdi. Buna görə Tsvikkau və Drezdendəki istehsal xətləri fasiləsiz olaraq işə davam edirdi.
Xatırladaq ki, qlobal çip çatışmazlığından ən böyük zərbəni avtomobil sənayesi alıb. “Volkswagen” bu ilin nəticələrinə görə avtomobil istehsalının 6,2 % azalacağını proqnozlaşdırır. Eyni dövrdə “Ford”un istehsalı 700 min ədəd, “Stellantis”in – 600 min ədəd, “Renault”un – 500 min ədəd, “Toyota”nın- 300 min ədəd azalacağı gözlənilir. “AlixPartners” konsaltinq şirkətinin proqnozuna görə bu il avtomobil istehsalı 7,7 milyon ədəd azalacaq. Avtomobil sənayesinin bununla əlaqədar olaraq itkiləri 210 milyard ABŞ dolları olacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










