"Volkswagen" milyardlar itirəcək

Almaniyanın “Volkswagen” avtokonserninin üç aydakı itkiləri 15 illik dövr ərzində ən iri məbləğə çatıb. Bu itkilərə “dəm qazı” qalmaqalı səbəbindən yaranan 6,7 milyard avroluq gecikmələr səbəb olub. Keçən ilin üçüncü kvartalında 3,23 milyard avro qazanc əldə edən “Volkswagen” qrupu bu ilin eyni dövründə 3,48 milyard avro zərərə düşüb. Konserndə brendin nüfuzuna məsul olan Qerbert Diss Tokioda təşkil olunmuş avtosalonda çıxış edərkən istifadəçiləri sakitləşdirməyə çalışıb: “Müştərilərimizin etimadı bizim əsas nailiyyətimizdir. Markamızın və keyfiyyətli məhsulumuzun etimadını geri qaytarmaq üçün əlimizdən gələn hər şeyi edirik. Bu məqsədlə insidentlə bağlı bütün həqiqətləri üzə çıxararaq ictimaiyyətə təqdim edəcəyik. Eyni zamanda, çalışacağıq ki, oxşar hadisələr bir daha təkrarlanmasın”. Ekspertlərin hesablamalarına görə, yaranmış qalmaqal səbəbindən konsernin yekun itkiləri 30 milyard avroya çata bilər. Belə ki, şirkəti yeni cərimə sanksiyaları və dünyanın bir çox ölkəsində kollektiv məhkəmə iddiaları gözləyir. Bütün bu problemlərin öhdəsindən gəlmək üçün “Volkswagen” öz ehtiyatlarını xərcləməyə və məsrəflərin azaldılması proqramına başlamalıdır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










