“Volkswagen”ə 18 milyard dollar cərimə

Almaniyanın avtomobil konserni “Volkswagen” istehsal etdiyi 500 minə yaxın maşında olan proqram təminatına görə iri məbləğdə cərimə ödəyəcək. Avtosfer.az “Bloomberg” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Almaniyanın Ətraf Mühitin Mühafizəsi Agentliyindən bildirilib. Söhbət əsasən 2009-2015-ci ildə buraxılmış dizel mühərrikli avtomobillərdən gedir. Agentlikdə hesab edirlər ki, həmin maşınların təmizləyici sistemlərini idarə edən proqram təminatı ekoloji normalara tam cavab vermir və son nəticədə ətraf mühitə buraxılan zərərli maddələr normadan 10-40 dəfə çoxdur. Bu isə insanların səhhətinə mənfi təsir göstərir.
Ətraf Mühitin Mühafizəsi Agentliyinin nümayəndəsi Sintiya Jil deyib ki, “Volkswagen” hər problemli avtomobilə görə 37,5 min dollar cərimə ödəməli olacaq. Bu hesabla avtokonsernin ümumi cəriməsi 18 milyard dolları keçəcək.
“Volkswagen”dən məsələ ilə bağlı geniş şərh verməkdən imtina ediblər və yalnız onu deyiblər ki, adı çəkilən dövlət qurumu ilə əməkdaşlıq edirlər.
Bu arada isə ABŞ hakimiyyəti eyni proqram təminatı ilə işləyən 482 min “Volkswagen” markalı minik avtomobilinin geri çağrılması barədə şirkətə xəbərdarlıq edib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










