"Wolkswagen" belə biabır olmamışdı: "Rüsvay olduq!" – FOTO
Cənubi Koreya hökuməti Volkswagen şirkətinin ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testi nəticələrini saxtalaşdırdığına görə araşdırmaya başlamaq niyyətindədir.
Avtosfer.az milil.az-a istinadən xəbər verir ki, Volkswagen şirkəti belə halların baş verdiyini etiraf edib.
Cənubi Koreya rəsmiləri 5000-dək Volkswagen avtomobillərinin Jetta və Golf modelləri, eləcə də 2014 və 2015-ci illərdə yığılmış Audi A3s modelinə aid maşınların yoxlanacağını bildiriblər.
Problemlər aşkar ediləcəyi təqdirdə, dizel mühərriki olan bütün Almaniya istehsalı olan avtomobillər yoxlamadan keçiriləcək.
Bazar ertəsi VW konserninin səhmləri 20% ucuzlaşıb.
Avtomobillər geri çağırılır
BBC bildirir ki, bundan əvvəl ABŞ ətraf mühitin qorunması strukturları Volkswagen maşınlarının yoxlanışı zamanı bəzi modellərdə işlənmiş avtomobil qazı tullantısı testi nəticələrinin saxta olduğunu güman etməyə əsas verən nəticələr əldə etmişdi.
ABŞ ətraf mühitin mühafizəsi agentliyi (EPA) aşkar edib ki, həmin avtomobillərin kompüteri test aparılan zaman maşınları ekoloji cəhətdən daha təmiz iş rejiminə keçirə bilirmiş.
Cümə günü Volkswagen ABŞ-da satılmış 5000-dək avtomobilini geri çağırıb.
Bununla yanaşı, konsern milyardlarla dollarlıq cərimələrlə üzləşə bilər.
Volkswagen şirkətinin idarə heyətinin sədri Martin Uinterkorn bu hadisəyə görə üzr istəyərək, Almaniya Nəqliyyat Nazirliyi tərəfindən keçiriləcək araşdırmaya kömək edəcəyini bildirib.
İlkin təxminlərə görə, 2008-ci ildən ABŞ-da satılmış VW avtomobillərinin sayını nəzərə almaqla, şirkətə qarşı cərimənin ümumi məbləği 18 milyard dollara çata bilər.
"Bəla" almanlar üçün "qəfil" oldu
Almaniyanın Volkswagen avtomobil şirkəti ABŞ-ın emissiya testlərinin saxtalaşdrılmasına yol verdiyini etiraf etdikdən sonra Fransanın maliyyə naziri bütün ölkə boyu avtomobillərin emissiyaları ilə bağlı təhqiqat aparılmasını istəyib.
Voice of America-nın məlumatına görə, avtomobil istehsalçısı dizellə işləyən 11 milyon avtomobilin kompüter sistemindəki problemi həll etmək üçün 7,3 milyard dollar pul ayırdığını açıqlayıb. Avtomobillərdə quraşdırılmış proqram havanın çirklənməsinə nəzarəti sistemini emissiya testləri zamanı işə salıb, maşın sürüldüyü zaman söndürür.
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi bu avtomobillərin havaya 40 faiz daha çox çirkli tullantılar atdığını bildirir. Agentlik Birləşmiş Ştatlardan bu proqramdan istifadə edən 500 min Volkswagen avtomobilini geri çağırıb. Saxtalaşdırılmış avtomobilləri təmir etməklə yanaşı, Volkswagen şirkətini 18 milyard dollaradək cərimə gözləyir.
ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı cinayət işinə başlanacağını açıqlayıb. Cənubi Koreya da təhqiqata başlayacağını bildirib və məsələni müzakirə etmək üçün Volkswagen rəsmilərini Seula çağırıb.
Volkswagenin baş icraçısı Martin Uinterkorn müştəriləri aldatdıqları üçün üzr istəyib, həmin avtomobillərlə bağlı təhqiqatla əməkdaşlıq aparılacağını bildirib.
ABŞ-ın Ətraf Mühiti Müdafiə Agentliyi bu avtomobillərin havaya 40 faiz daha çox çirkləndiricilər buraxdığını deyir.