"Wolkswagen"lə bağlı qalmaqal böyüyür
Avtobazar
25 Sentyabr 2015 10:21
Oxunub 2063
Şirkətin Azərbaycan nümayəndəliyindən məsələyə aydınlıq gətirildi
Martin Vinterkorn-“Wolkswagen” konserni İdarə Heyətinin sədri
Bəzi hesablamalara görə, şirkətə məxsus 11 milyon dizel model avtomobilin işində qüsur aşkar edilib. Bu qüsurlu avtomobilərin bazarda yerləşdirilməsinə görə tətbiq olunan cərimənin məbləği isə 18 milyard dollar dəyərində hesablanır. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin apardığı araşdırmadan sonra məlum olub ki, Audi A3s , Jetta, Beetle, Golf modellərində quraşdırılan bir cihaz, o avtomobillərdə testlərin aparılması zamanı zərərli maddələrin yayılmasının qarşısını almaq üçün nəzərdə tutulan filtri işə salır, normal əməliyyat zamanı isə həmin filtri söndürür.
Wolkswagen zavodu
Beləliklə , dizel mühərrikli Wolkswagen avtomobilərinin normal fəaliyyəti zamanı ortaya çıxan tullantıların həcminin testlər aparılarkən əldə olunan göstəricilərdən daha yüksək olduğu ortaya çıxıb.
Bundan əvvəl də şirkətin ekoloji normaları pozmasına görə 18 mlrd. dollar dəyərində cərimələnəcəyi barədə məlumat yayılmışdı.
Şirkət ətrafında yaranan qalmaqal Wolkswagen səhmlərinin dəyərinin aşağı düşməsinə səbəb olub. Eyni zamanda bir sıra alman siyasətçiləri qeyd edirlər ki, bu qalmaqal nəinki konsernin , bütövlükdə Almaniyanın nüfuzuna təhdiddir. Şirkət rəhbərliyi isə mövcud şəraitdə öz günahını etiraf edib və işin maksimum şəffaf araşdırılmasına şərait yaradacağına söz verib.
Amerika Birləşmiş Ştatlarının ardınca Fransa və Cənubi Koreya da daxil olmaqla bir çox digər ölkələr, "Wolkswagen"in dizel mühərrikləri işi ilə bağlı araşdırmalara başladıqlarını elan etdilər.
Wolkswagen Jetta-nöqsan aşkar olunan modellərdən biri
Məsələ ilə bağlı Azərbaycanda Wolkswagen AG-nin rəsmi idxalçlısı olan "Euro Style LTD"-dən bildirdilər ki, Wolkswagen Qrupuna aid yayılmış məlumatlar istehsalçı tərəfindən hələ də araşdırılır və yaxın vaxtlarda yoxlamanın nəticələri barədə məlumat veriləcək. Şirkətdən bildirdilər ki, idxal olunan Wolkswagen avtomobilləri ölkəmizdə tətbiq olunan bütün standartlara cavab verir. Lakin sözügedən dizel mühərrikli Golf, Jetta və Passat modelləri rəsmi idxalçı – Euro Style LTD tərəfindən Azərbaycan avtomobil bazarına idxal olunmayıb.
Avtomobil istehsalı üzrə dünyaca məşhur şirkətlərin fəaliyyətində belə qüsurlar dəflərlə aşkar edilib və həmin şirkətlər öz maşınlarını geri çağırmağa məcbur olublar.
Avtomobil istehsalı üzrə dünyaca məşhur şirkətlərin fəaliyyətində belə qüsurlar dəflərlə aşkar edilib və həmin şirkətlər öz maşınlarını geri çağırmağa məcbur olublar.
Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının nəhəng avtomobil konserni "General Motors" Şimali Amerika bazarlarından daha 60 min avtomobilini geri çağırıb. Buna səbəb isə əsasən alışma sistemindəki problemlər olub. Geri çağırılan avtomobillərin içərisində 47 min 2008 və 2009-cu ilin sedan “Pontiac G8” modelləri və 2010-2015-ci il “Chevrolet Caprice” modelləridir. Şirkətin bəyanatında bildirilib ki, bu avtomobillərdə alışma kilidində nöqsan var. Əgər sürücü bilmədən ayağı ilə açara toxunsa, bu, açarın qəfil çevrilməsinə səbəb ola bilər.
Pontiac G8-geri çağrılan avtomobil
Eyni zamanda İtaliyanın “Fiat” konserni tərəfindən nəzarət olunan Amerikanın “Chrysler” avtomobil istehsalçısı təhlükəsizlik yastığındakı nasazlıq səbəbi ilə 3,3 milyon avtomobili geri çağırdığını elan etmişdi. Geri çağırılan avtomobillər Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub. Bu yastıqların düzgün açılmaya və hətta açılarkən avtomobilin salonundakı insanı metal hissəciklərlə yaralaya biləcəyini müəyyən edilib.
Chrysler
Geri çağırılacaq nasaz avtomobillərin 2,9 milyonu ABŞ-da, qalanı isə Kanada, Meksika və başqa ölkələrdə satılmışdı. Bu nasazlıq səbəbi ilə ABŞ-da dörd nəfərin həlak olduğu, 40-dan çox insanın isə yaralandığı məlumdur. “Chrysler” geri çağırılan bütün avtomobillərdəki nasaz təhlükəsiz yastıqlarını pulsuz dəyişməyə söz vermişdi.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR