Xarici maşınlarda naviqasiya sistemi niyə işləmir? - VİDEO

Azərbaycana gətirilən avtomobillərin çoxunda naviqasiya sistemi işləmir. Bu avtomobillər tutaq ki, Avropa ölkələrində satılarkən naviqasiya sistemləri üzərində olsa da Azərbaycana gətirilən avtomobillər üçün bunu demək mümkün deyil. Mütəxəssislərin fikrincə bu mənzərənin yaranmasına səbəb Azərbaycanda sürücülərin bu texnoloji yeniliyə olan münasibətindən qaynaqlanır...
Ekspertin sözlərinə görə, naviqasiya sistemi üçün 2 min dollara yaxın pul xərcləyən avtomobil istehsalçıları onsuz da maraq olmayan bir yerdə bu pulu avtomobilin qiymətinin üzərinə əlavə edərək alıcılarını itirmək istəmirlər. Bunun başqa bir səbəbi isə Azərbaycanın bir çox avtomobil şirkətləri üçün kiçik bir bazar rolunu oynamasıdır.
Hazırda yalnız bir avtomobil şirkətinin maşınlarında naviqasiya sistemləri hazır halda üzərində gəlir. Mütəxəssislər bildirir ki, sürücülərin naviqasiya sistemlərinə olan marağı artdıqca Azərbaycan müştəriləri üçün digər avtomobil şirkətləri də naviqasiya sistemləri hazırlayacaqlar. Bunun üçün isə Azərbaycanda elektron ünvanlaşdırma tam başa çatmalı və avtomobil şirkətləri öz məlumat bazalarını bu elektron sistemlə uzlaşdırmalıdırlar.
Avtomobillərə sonradan quraşdırılan naviqasiya sistemlərinin qiymətləri isə 300 manatdan başlayır. Qiyməti kifayət qədər çox olmasına baxmayaraq mütəxəssislər bu sistemlərdə də çatışmazlıqların olduğunu deyirlər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










