Yarım milyonluq avtomobillərin Bakı mərkəzi açıldı – FOTOLAR

Bakıda əfsanəvi avtomobil brendi “Lamborghini”-nin açılış mərasimi keçirilib. Avtosfer.az-ın xəbərinə görə, “Lamborghini”-nin “Flame Towers”-də yerləşən salonunda keçirilən açılış mərasimində şirkət rəhbərliyi də iştirak edib. Tədbir iştirakçılarını salamlayan “Lamborghini” avtomobil şirkətinin Avropa, Afrika və Yaxın Şərq üzrə rəhbəri Kristian Mastro şirkətin yaranma tarixi, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verib. Azərbaycanda yeni diler şəbəkəsinin açılmasından məmnunluğunu ifadə edən K.Mastro şirkətin istehsal etdiyi avtomobillərdən sürücülərin həm yarış traslarında, həm də magistral yollarda rahat istifadə edə biləcəyini söyləyib: «Mən Azərbaycandakı yeni V10 super idman avtomobilinin satışının başladığı üçün çox şadam».
«Lamborghini” avtomobillərinin satışının təxminən 66 faizinin Avropadan kənarda baş tutduğunu bildirən K.Mastro iqtisadi böhrana baxmayaraq, dövriyyələrinin sürətlə artdığını sözlərinə əlavə edib: “2010-cu ildən etibarən satışımız qalxmaqda davam edir. Avropadakı iqtisadi böhrana baxmayaraq, biz işçilərimizin sayını artırırıq. 2000-ci ilə qədər 400 nəfər işçimiz olduğu halda, 2013-cü ildə işçilərimizin sayı 1029 nəfərə yaxınlaşıb. Yeni işçi qəbuluna davam edəcəyik”.
Şirkət əsasən 2 model – “Aventador” və “Huracan” avtomobillərini istehsal edir. Avtomobillərin funksiyaları haqda geniş məlumat verilib. Bundan əlavə, yeni “Lamborghini Huracán LP 610-4” avtomobili rəsmi olaraq tədbir iştirakçılarına təqdim olunub. Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, şirkətin əsası 1963-cü ildə sahibkar Ferruççio Lamborghini tərəfindən qoyulub. Dünyada 6 milli satış şirkəti olan “Lamborghini”-nin 129 ölkədə diler şəbəkəsi mövcuddur.100 km sürəti 3 saniyədən də az bir vaxta yığan bu maşınların Bakıda olan modellərindən ən bahalısının qiyməti yarım milyon manata yaxındır.
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO

















