Yeni "BMW" 7-Series - FOTO

İnternetdə yeni nəsil BMW 7-Series sedanın heç bir qoruma örtüyü olmadan ilk şəkli aşkar edilib. Avtomobilin yandan çəkilmiş şəkili Bimmertoday.de alman forumunda dərc edilib. Yeni şəkil yeni nəsil Bavariya flaqmanının dizaynına işıq salır.
Avtosfer.az 4charx.com-a istinadən bildirir ki, BMW flaqmanı alışdığımız klassik formaları qoruyub saxlayıb. Bununla belə, yenə də internetdə görüntüsü yayılmış yeni optikanı, həmçinin bütün kuzov boyu uzanan xrom zolağı qeyd etmək lazımdır.
Texniki cəhətdən bavariyalılar daha çox yeni Carbon Core texnologiyasını əsas götürüblər. Karbon-plastik, yüksək möhkəmliyi olan polad və alüminiumdan istifadə edilməsi yeni BMW 7-Series modelinin çəkisinin 130 kq azalmasına səbəb olub.
O da məlumdur ki, flaqman sedanı bir sıra müasir elektron sistemlər - əl-qol hərəkətlərinin tanınması, səsli əmr etmə və sürücüsüz avtomatik parketmə ilə təchiz ediləcək.
Əlavə edək ki, yeni BMW 7-Series rəsmi premyerası 2015-ci ilin sentyabrında Frankfurt avtosalonunda nəzərdə tutulub.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət













