Yeni “Chevrolet Camaro” təqdim edildi – FOTO

Avtobazar 22 May 2015 12:44 Oxunub 2274
Yeni “Chevrolet Camaro” təqdim edildi  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yenicə istehsal edilmiş 2.0-litrlik 4-silindirli 275 a.g. mühərriklə təchiz edilib

“Chevrolet” şirkəti yeni “Camaro” modeli üzərində işi başa çatdırıb. Avtosfer.az fins-ə istinadən yaydığı məlumata görə, yeni model tam yeni dizayn və aerodinamik xüsusiyyətlərə malikdir. Avtomobilin kuzasının aerodinamik göstəricisinin yaxşılaşdırılması məqsədi ilə, onu 350 saat zaman müddətində xüsusi hava tunelində testdən keçiriblər. Nəticədə, alyuminium materialın maksimum istifadəsi sayəsində avtomobilin xüsusiyyətləri yaxşılaşdırılıb və ümumi çəkisi 90 kq azalıb. Avtomobilin struktur möhkəmliyi 28% artırılıb. Chevrolet şirkətinin göstəricisinə görə, avtomobillər üçün hazırlanan komponentlərin ümumilikdə 70%-i tək yeni Camaro üçün istehsal edilib.

Standart versiyada halogen tipli ön fənərlərə və LED tipli arxa fənərlərə, RS və SS variantlarda yüksək intensivlikli LED diodları ilə təchiz edilmiş ön fənərlərə və LED tipli arxa fənərlərə sahib olub. Avtomobil standart konfiqurasiyada 18-dyumluq “Goodyear Eagle Sport” brendinə məxsus təkərlərə, SS versiyasından başlayaraq isə 20-dyumluq “Goodyear Eagle F1” asimmetrik yastı təkərlərə sahib olub.

Yeni model çox çeşidli “MacPherson” dayaqlı ön asmaya və 5-çeşidli müstəqil arxa asmaya sahib olub ki, burada da, ilk dəfə olaraq Camaro SS modeli “Magnetic Ride Control” sistemi ilə təchiz edilib.

Avtomobilin salonuna gəldikdə, “2016 Chevrolet Camaro” modeli sürücü üçün daha çox funksionallığı ilə seçilən salona sahib olub ki, buraya da, 8-dyumluq yüksək keyfiyyətli alətlər panelli displeylə təchiz edilib. Bu zaman, müasir versiyalı 8-dyumluq “MyLink” tipli multimediya sistemli displey avtomobilin alətlər panelinin ortasında quraşdırılmışdır. Bundan başqa, LED tipli ətraf işıqlandırmalı fənərlər, elektrikli park etmə və “Driver Mode Selector” sistemiquraşdırılmışdır ki, bu sistem də, müxtəlif rejimldə çalışır: Qış rejimi “Snow/Ice“, Səyahət rejimi “Tour“, İdman rejii “Sport” və yalnız SS versiyasında tətbiq edilən tras rejimi “Track“.

Avtomobil yenicə istehsal edilmiş 2.0-litrlik 4-silindirli 275 a.g. mühərriklə təchiz edilib. Belə mühərrik avtomobilə 100 km/saat sürətini cəmi 6 saniyəyə tamamlamağa imkan verir.

Daha da təkmilləşdirilmiş V6 tipli 3.6-litrlik mühərriklə avtomobil 335 a.g. sahib olur. 4-silindirli mühərrik kimi, daha böyük gücə sahib mühərrik 6-pilləli ötürücü qutusu ilə və əlavə olaraq 8-pilləli “Hydra-Matic 8L45” avtomatik ötürücü qutusu ilə təchiz edilə bilər.

“Camaro SS” modeli 6.2-litrlik V8 tipli 455 a.g. mühərriki, “Active Rev Match” texnologiyalı 6-pilləli mexaniki transmissiya, və ya, 8-pilləli “Hydra-Matic 8L90” avtomatik transmissiya ilə təklif edilə bilər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh