Yeni ildən maşınlar 30 faiz bahalaşacaq - VİDEO

«Avro-4» standartının tətbiqinə baxmayaraq azərbaycanlı alıcıların avtomobil almaq üçün yenə də ən çox üz tutduğu yer Gürcüstan bazarıdır. Avtosfer.az ans-ə istinadən xəbər verir ki, proqnozlaşdırılan bahalaşmaya bir neçə səbəb göstərilir ki, bunlardan başlıcası sağ sükanlı avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağadır. Belə maşınların Gürcüstanda alıcısı isə kifayət qədərdir. Bu il ərzində Yaponiyadan daxil olan sağ sükanlı ucuz avtomobillərin sayı ümumi avtomobil idxalında 50%-lik yer tutub. «Sükanı sağda olan və ya sonradan sol tərəfə keçirilən avtomobillər ən ucuz nəqliyyat vasitələridir. Ölkənin avtomobil bazarında özünə yetərincə alıcı toplaya bilib. Sağ sükanlı avtomobillərin bazardan yığışdırılması, sol sükanlı nəqliyyat vasitələrinin qiymətini azaltmayacaq, əksinə onların dəyəri artacaq ki, bu da bahalaşmanı qaçılmaz edəcək”, - deyə Gürcüstan Yol Nəqliyyat Assosiasiyasının rəhbəri Davit Mesxişvili bildirib.
Bahalaşmaya digər səbəb isə Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən, ölkəyə gətirilən istismar müddəti 6 ili keçmiş avtomobillər üçün gömrük rüsumunun artırılması məsələsidir.
Bəzi ekspertlərin fikirincə, avtomobil bazarının yenilənməsi isə alıcıların sayının çoxalmasına səbəb ola bilər. Bu ilin ilk 10 ayı ərzində ölkədən avtomobil ixracı 3 dəfə azalıb.
2014-cü ildə avtomobil satışı ümumi iqtisadiyyatın 19%-ni təşkil etdiyi halda cari ildə bu faiz 8-ə enib. Əsas alıcı qüvvəsi hesab edilən azərbaycanlıların isə bu il qonşu ölkənin maşın bazarında xərclədiyi pul 2014-cü illə müqayisədə 4 dəfə azalaraq 58 milyon dollar təşkil edib.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...











