Yeni maşının qiyməti niyə tez “ölür”?

Bir çox minik avtomobillərinin alınandan az sonra xeyli dəyər itirməsi onun real qiymətindən baha satılması ilə əlaqədardır. Avtosfer.az “marja”ya istinadən yaydığı məlumata görə, bu barədə Rusiyanın “AvtoVaz” ASC-nin Azərbaycandakı rəsmi distribyutoru “Xəzər Lada” ASC-nin prezidenti Fəxrəddin Qasımzadə bildirib.
Onun sözlərinə görə, avtomobillərin üzərinə böyük gəlir əlavə edildiyindən sonradan onu satmaq istəyən vətəndaşlar və banklar uduzurlar: “Lada avtomobillərinin kreditlərinin geri qaytarılmasında problem olmur. Bunun əsas səbəbi, avtomobilin üzərində gəlir marjasının az olmasıdır. Maşın bir neçə il qiymətini saxlayır. Əgər vətəndaş bizim təzə avtomobili 10 min manata alıbsa, 6 ay-1 il sonra da təxminən 10 min manata satır. Vətəndaş avtomobilə bir az da aksessuarlar əlavə edir, bu da dəyərin artmasında özünü göstərir. Amma digər Avropa və Asiya brendlərinin avtomobilləri alınan gün xeyli dəyər itirir.
Bunun səbəbi avtomobilin zavoddan alış qiymətinin üzərinə böyük marjanın qoyulmasıdır. Təxminən maya dəyəri 15 min manat olan avtomobili 30 min manata satırlar. Vətəndaş da, tutaq ki, 5 ay sonra borcunu ödəməkdə çətinlik çəkəndə avtomobil 25 minə belə satılmır, həm vətəndaşlar, həm də banklar pis vəziyyətdə qalırlar” - Fəxrəddin Qasımzadə bildirib.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir










