Yoluma çıxdığın bəs deyil, hələ əl-qol da atırsan - VİDEO

Avtobus sürücülərinin özbaşınalığı, qayda-qanun tanımadan sərnişindaşıma ilə məşğul olması artıq adi bir hala çevrilib. Hətta iş o yerə çatıb ki, hər gün avtobus qəzası barədə xəbər eşitməyəndə təəccüblənirik. Çünki belə nizam-intizamsız sürücülərin idarə etdiyi avtobusda sağ-salaman mənzil başına çatmaq əsl möcüzədir. Baxmayaraq ki, onlar haqqında nə qədər deyilir, yazılır, çəkilib göstərilir, lakin müsbət tərəfə dəyişən heç nə yoxdur. Əksinə, vəziyyət daha da pisləşir.
Avtobus sürücüləri bütün qaydalara qarşı çıxır və sanki elə bu cür də olmalıdır. Bütün bunlar isə yol polisinin gözü və kameraları qarşısında baş verir. Avtosfer.az-ın məlumatına görə, bu dəfə 166 saylı avtobus sürücüsünün törətdiyi kobud qayda pozuntusu və yaratdığı qəza şəraitini bizim kameralarımız görə bilib. Zabrat qəsəbəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxan avtobusun sürücüsü onun qarşısını kəsən sürücüyə hədə-qorxu gəlməyi də unutmur. Sonra isə heç bir fayda olmadığını görüb xahiş edir. Amma onan yolunu kəsən sürücü yenə də yoldan çəkilmir. Nəhayət, bunu görən avtobus sürücüsü öz yoluna qayıtmalı olur. Lakin onun davranışlarından hiss olunur ki, sürücü bu hadisədən çox narazıdır və istəyir ki, hər kəs yoldan çəkilsin, ona yol versin. Sanki elə belə də olmalıdır.
Avtosfer.az saytı bu videomateralı Dövlət Yol Polisinə təqdim etmək qərarına gəlib. Belə bir eksperement aparmaq istəyirik ki, görək, DYP doğrudanmı avtobus sürücülərinin qarşısında acizdir? Yoxsa, deyilənlər şaiyədir? Bəlkə avtobus sürücüləriini biz özümüz qarşısıalınmaz qüvvəyə çevirmişik? Hər halda, sınaq üçün bu videonu DYP-yə təqdim edib rəsmi qaydada cavab istəyəcəyik. Tədbir görülsə də, görülməsə də. Sadəcə, biz dəqiqləşdirmək istəyirik ki, avtobus sürücülərinə etibar edib avtobusa minməyə dəyərmi, yoxsa, piyada gəzmək daha təhlükəsizdir?
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO








