Zığ yolunda “avtoşluq” edənin biri polis imiş; özü və məmur atası işdən qovuldu- VİDEO

Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası işdən çıxarılıb. Bir neçə gün əvvəl Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. Dövlət Gömrük Komitəsindən APA-ya Ə. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, T. Həsənov və bir neçə gün əvvəl “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub. Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.
***
Dünən Zığ şossesində iki avtomobil azğın sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Bu barədə virtualaz.org saytına DİN-dəki mənbələrdən məlum olub. Avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar. DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun "BMW X6” avtomobili ilə yarışa çıxdığı bildirilir.
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI












