2040-cı ilə qədər avtomobillərin 2/3 hissəsi elektrokarların payına düşəcək

2040-cı ilədək elektrik avtomobillərinin illik satışının 3 milyondan 66 milyonadək artacağı gözlənilir.
Avtosfer.az TASS agentliyinə istinadən xəbər verir ki, bu cür proqnozlarla “Bloomberg” agentliyi çıxış edib.
Ekspertlərin hesablamalarına görə, təxminən 20 il sonra bazardakı avtomobillərin yalnız 1/3 hissəsi daxiliyanma mühərriyinə malik avtomobillərin payına düşəcək. Agentlik qeyd edir ki, hadisələrin bu cür gedişatı elektrik avtomobillərinin göstəricilərinin yaxşılaşması, müvafiq infrastrukturun inkişafı, həmçinin ölkələrin ekoloji təmiz nəqliyyat vasitələrinin inkişafına yönəlmiş siyasəti hesabına mümkün olacaq. Güman edilir ki, elektrik avtomobillərinə keçid üzrə liderlik Çinə və Avropa ölkələrinə məxsus olacaq.
Qeyd edək ki, artıq dünyanın qabaqcıl bir sıra avtomobil şirkətləri yaxın illərdə elektrik avtomobillərinə keçid edəcəklərini bildiriblər. Məsələn, ABŞ-ın “General Motors” şirkəti 2035-ci ildə elektrik avtomobillərinə keçid etmək niyyətindədir. Bundan başqa, Böyük Britaniyanın “Jaguar Land Rover” və “Bentley Motors” şirkətləri də bu cür nəqliyyat vasitələrinin istehsalına keçid etmək niyyətindədirlər.
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu












