62 illik Mercedes-Benz kabrioleti hərraca çıxarılıb - FOTO

Bring a Trailer hərracında 1952-ci ilin qara rəngli Mercedes-Benz 220 Cabriolet A modeli satışa çıxarılıb. Ömrü boyu demək olar ki, bir şəxsə məxsus olmuş nadir modelə təklif 64.500 dollara çatıb.
Mercedes-Benz 220 Cabriolet A modeli 1951-ci ilin aprelində Frankfurtda keçirilən ilk Beynəlxalq Avtomobil Sərgisində debüt edib. Dörd il ərzində şirkət 1300 ədədə yaxın kabriolet istehsal edib. Bu kabrioletin əsas xüsusiyyəti ön qanadlara inteqrasiya endirilmiş fənərlər və hərəkət istiqamətinin əksinə açılan qapılardır. Cabriolet A qohum Cabriolet B modelindən hamar kuzov xətləri və daha geniş salonu ilə seçilir.
Satışa çıxarılan nüsxə 1952-ci ildə buraxılıb. Buraxıldıqdan 7 il sonra, kabriolet bu günə qədər avtomobilə sahib olan şəxs tərəfindən əldə edilib. 62 illik istismar müddətində avtomobil 49.000 kilometr yol qət edib. Təmir izləri olan bir neçə detal və çatlamış qatlanan yumşaq dam istisna olmaqla, avtomobil yaxşı qorunub-saxlanılıb. Kabrioletin bütün aqreqatları yaxşı vəziyyətdədir.
Avtomobilin salonu qəhvəyi dəri və təbii ağacla bəzədilib. Kabrioletin təchizatına radioqəbuledici və firma çamadan dəsti daxildir. Raritetin kapotunun altında, dörd pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 80 at qüvvəli 2,2-litrlik sıralı altısilindrli mühərrik yerləşir./autograph
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO










