“Apple” təkbaşına elektromobil istehsal edəcək

“Apple İnc.” şirkəti ilk elektromobilini təkbaşına hazırlamaq niyyətində olduqlarını açıqlayıb.
Avtosfer.az “Autocentre”ə istinadən xəbər verir ki, hələ 2015-ci ildə şirkətin “Apple Titan”, yaxud “Apple iCar” adlı elektromobil layihəısi üzərində çalışmasına dair xəbərlər yayılmışdı, lakin sonradan bu məsələ baş tutmadı.
Son vaxtlar “Apple” sözügedən layihəni bərpa edərək bu işə “Hyundai” və “Toyota” kimi avtomobil istehsalçılarını cəlb etməyə səy göstərsə də, nəticə əldə edə bilmədi və həmin layihəni təkbaşına həyata keçirmək qərarına gəldi. Bəzi məlumatlara görə, İT nəhənginin ilk elektromobili 2025-ci ildə ərsəyə gələ bilər.
Xatırladaq ki, bu ilin iyul ayında “Apple”ın ortaqları olan Tayvanın elektron cihazlar istehsalçısı “Foxconn” və Yaponiyanın hard disclər üçün parça istehsalçısı “Nidec” şirkəti elektromobillər üçün mühərrik istehsal edəcək birgə müəssisə təsis ediblər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












