Arxa ötürməli Audi R8 sportkarı daha güclü və yeyin olub

Ortamühərrikli Audi R8 superkarları ailəsi təftişdən keçirilib. Bu ailəyə, alternativsiz 5,2-litrlik V10 FSI atmosfer mühərriki ilə təchiz edilən kupe və spayder daxildir. Xatırladaq ki, yayda 570 at qüvvəli mühərrik ilə təchiz edilən tam ötürməli versiyalar R8 modelinin modifikasiya çeşidindən çıxarılıblar. Hazırda tam ötürmə yalnız 620 at qüvvəli Audi R8 V10 performance modellərində mövcuddur. İndi isə dəyişikliklər arxa ötürməli versiyalara da gəlib çatıb.
Qeyd etmək gərəkdir ki, bu günə qədər R8 ailəsində arxa ötürməli performance versiyası yox idi. Ancaq indi Audi R8 V10 performance RWD modeli bazamodelini tamamilə əvəz edəcəkdir. Yeni versiyanın əsas xüsusiyyəti gücləndirilmiş mühərrikdir: əvvəllər 540 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən aqreqat, indi 570 at qüvvəsivə 550 Nm təklif edir.
Əlavə olaraq, özükilidlənən differensial, proqressiv yivli sükan reykası və karbondan hazırlanmış daha sərt köndələn dayanıqlılıq stabilizatorlarıda quraşdırılır. Əlavə ödəniş qarşılığında karbon-saxsıəyləc mexanizmlərini də sifariş etmək olar.
"Yüzlüyə" sürətlənmə vaxtı dəyişməyib: performance kupesi bu sürətlənməni 3,7 saniyəyə, spayder isə 3,8 saniyəyə həyata keçirir. Ancaq maksimal sürət həddi 5 km/saat artıb: kupedə bu göstərici 329 km/saat,spayderdə isə 327 km/saat təşkil edir. Müqayisə üçün: daha ağır tam ötürməli Audi R8 V10 performance modelləri 100 km/saat həddini 3.1-3.2 saniyəyə toplayır, lakin onların maksimal sürəti daha yüksəkdir - 329-331 km/saat.
Almaniyada Audi R8 V10 performance RWD modelinin yeni versiyalarını artıq sifariş etmək olar: kupenin qiyməti 149 min avro, spayderin isə 162 min avrodan başlayır. Bu, tam ötürməliR8 performance modelləri ilə müqayisədə 59 min avro azdır.
Autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










