“Audi” benzin mühərrikli avtomobilləri istehsal etməyəcək

“Audi AG” şirkəti benzin mühərrikli avtomobillərin istehsalını tam dayandırmaq niyyətindədir.
Şirkətin son bu cür modeli “Q8” tam ölçülü SUV-nin 2026-cı ildə təqdim olunacaq növbəti nəsil avtomobili olacaq. Beləcə mövcud benzin mühərrikli avtomobillər ömrünü başa vurduğunadək işlədiləcək və sonra elektrik avtomobil istehsalına başlanılacaq.
Belə ki, “A3”, “A4”, “A5”, “A6” sedanları, həmçinin “Q” seriyalı bütün SUV-lər planlı yenilənmə zamanı elektrikləşdiriləcək. Bu zaman keçid variantı kimi hibrid versiyası istehsalına başlamadan birbaşa elektromobil versiyası istehsalına keçiləcək.
Bundan əvvəl “Audi” və “FAW” şirkətləri, Çinin Çanqçun şəhərin administrasiyası arasında birgə elektromobil istehsalına başlamaq barədə saziş imzalandığı bildirilmişdi./fins.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












