"Audi" flaqman sedanını yeniləyib - FOTO

Avtodünya 5 Noyabr 2021 16:43 Oxunub 1250
"Audi" flaqman sedanını yeniləyib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Audi şirkəti yenilənmiş A8 sedanını təqdim edib. Yenilənmiş model bir sıra vizual dəyişikliklərə, qabaqcıl işıq texnikasına, ən yeni məlumat-əyləncə kompleksinə və arxa sərnişinlər üçün əlavə opsiyalara sahib olub. Yenilənmiş flaqman sedanı 2021-ci ilin dekabrında Avropada satışa çıxarılacaqdır. Adi sedan ilə yanaşı, onun “bərkgedən” versiyası olan S8 modeli də yenilənib.

Yenilənmiş Audi A8 sedanını ilk baxışdan tanımaq mümkündür. Flaqman sedanı “üçölçülü” naxışı olan radiator barmaqlığını, xrom haşiyəli iri hava girişləri olan başqa ön bamperi, 18 - 21 düym arasında ölçüləri olan yeni təkər disklərini əldə edib. 

Ön tərəfdəki əsas yenilik hər birində 1,3 milyon mikrogüzgüləri olan ön fənərlərdir. Qabaqcıl texnologiya işıq şüasını idarə etməyə, annimasiyalar yaratmağa və piktoqramları yol səthinə proyeksiya etməyə imkan verir. Bundan başqa, ilk dəfə olaraq bayraqdar sedan üçün S line paket nəzərdə tutulub.

Digər texnoloji yeniliklər arasında orqanik işıqdiodlarından hazırlanmış və yaxınlaşma sensoruna malik olan arxa fənərlər var. Başqa avtomobilin A8 modelinə iki metrə qədər yaxınlaşması halında arxa fənərlər aktivləşir.

Sedanın salonunda 10,1-düymlük rəqəmsal cihazlar paneli və 8,6-düymlük sensorlu ekranı olan MIB3 məlumat-əyləncə kompleksi quraşdırılıb. İkinci cərgənin sərnişinləri üçün  LED lampalar, masaj (18 pnevmatik yastıqları olan) funksiyası və çoxsaylı tənzimləmələri olan oturacaqlar nəzərdə tutulub.

A8 modelinin mühərrik çeşidi dəyişilməyib. Yenilənmiş sedan 3,0 və 4,0 litrlik benzin turbomühərrikləri, turbodizel və hibrid güc qurğusu ilə təklif olunur. Hibrid güc qurğusu təkmilləşdirilib və əvvəlki 449 at qüvvəsinin əvəzinə 462 at qüvvəsi hasil edir.

Bütün aqreqatlar səkkiz diapazonlu “avtomat” ilə tandemdə çalışırlar. S8 indeksli sedan 563 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. Ən güclü modifikasiya 100 km/saat həddini 3,8 saniyəyə toplayır. 

Bundan başqa, “bərkgedən” sedan standart olaraq ənənəvi pnevmoasqı, aktiv differensial və tam idarələnən şassi ilə təchiz edilir. Əlavə ödənişlə aktiv elektromexaniki asqını sifariş etmək olar. Elektron yardımçılar tematik dəstlərə bölünüb: Park (parkinq üçün), City (şəhər üçün) və Tour (avtoban üçün).  

Yenilənmiş Audi A8 sedanlaının Almaniyadakı satışlarına bu ilin dekabr ayında başlanacaqdır. Qiymətlər 99.500 avrodan başlayır.

 

autograph.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh