"Audi" və "Porche" "Formula 1"in yeni iştirakçıları ola bilər

Almaniyanın "Volkswagen" konserninin tərkibinə daxil olan "Audi" və "Porsche" şirkətləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən komandaların mühərrik tədarükçüsü ola bilər.
Avtosfer.az xəbər verir, ki, bu, sözügedən şirkətin yarış iştirakçılarının sırasına daxil olmasına imkan yaradacaq.
"Auto Motor" nəşrinin almaniyalı jurnalisti Mixael Şmidtin sözlərinə görə, "Audi" və "Porsche" nümayəndələri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmiləri və "Formula 1" komandaları üçün mövcud mühərrik tədarükçüləri ilə görüşdükləri, onlarla birlikdə 2026-cı il və sonrakı dövrdə avtomobil mühərrikləri üçün yeni texniki tələblər hazırladıqiları üçün bu hadisənin baş vermə ehtimalı yüksəkdir: "Yekun qərar 8 - 10 oktyabrda Türkiyədə keçiriləcək Qran-priyədək qəbul olunacaq. Hər şey razılaşdırıldığı kimi getsə, "Audi" və "Porşe" 2026-cı ildə yarışa daxil olacaq. Onların əsas şərti MGU-H (motor-generator) mühərrikindən imtina etməkdir. Bu baş versə, hər iki avtomobil istehsalçısının "Formula 1"in bir hissəsi olacağına əmin ola bilərsiniz".
Hazırda "Formula 1" bolidlərini mühərriklə İtaliyanin "Ferrari", Yaponiyanın "Honda", Fransanın "Renault" və Almaniyanın "Mercedes" şirkətləri təchiz edir. Daha əvvəl "Honda" 2022 -ci ildə "Formula 1"dən çıxacağını elan edib.
TED.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












