"Audi"dən tam fərqli yenilik: ölçüləri hərəkətdə dəyişən elektromobil - FOTO

Alman avtomobil istehsalçısı Audi yeni futurustik elektrikli avtomobil konsepsiyası təqdim edib.
Avtosfer.az xəbər verir ki, Skysphere adlanan və dünən Kaliforniyadakı 2021 Monterey Avtomobil Həftəsində təqdim olunan elektromobil mükəmməl dizaynı və texnoloji interyeri ilə seçilir.
96,5 km/saat sürəti cəmi 4 saniyəyə yığan və tam enerji yığdıqdan sonra 500 km-ə qədər gedə biləcək lüks avtomobil həm də bir sıra texnoloji yeniliklərə sahibdir. Bunlara hərəkət zamanı ölçüləri dəyişə bilən təkərlər, tam və yarı-avtonom hərəkət imkanı, 25 sm-ə qədər böyüyə bilən kürəyəbənzər kabinə və başqaları aiddir.
Skysphere Audi-nin elektrikli avtomobillərə keçmək yolunda ən mühüm dönüş nöqtələrindən biri olacaq. Şirkət 2026-cı ildən sonra daxili yanma mühərrikli avtomobil buraxmayacağını və 2033-cü ilə qədər istehsalı tam elektrikli modellərə keçirəcəyini bildirib.
Sentyabrın 1-də daha bir gələcəyin modeli - Grandsphere, növbəti ilin ortalarında isə Urbansphere təqdim olunacaq. Müştəri marağı və sifarişlərin həcmindən asılı olaraq, yeni modellərin buraxılış tarixi daha sonra dəqiqləşəcək.
Fins.az
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA















