Avropa Ukrayna və Gürcüstan üçün vizasız gediş-gəlişi ləğv edə bilər

Fransa, Almaniya, İtaliya da daxil olmaqla bir sıra Avropa Birliyi ölkələri Ukrayna, Gürcüstan, Moldova vətəndaşları və Balkan ölkələrinin sakinləri üçün vizasız rejimin dayandırılması mexanizmi ilə bağlı ittifaq səviyyəsində müzakirəyə başladılar. EUobserver yazır ki, buna səbəb miqrasiya qanunvericiliyinin kütləvi şəkildə pozulması olub.
Avtosfer.az aviatravel.az-a istinadən bildirir ki, Avropa Birliyinin nəşrinə görə, əsassız sığınacaq istəklərinin artması və miqrasiya qaydalarının pozulması səbəbindən belə bir sənəd müzakirəyə çıxarılıb.
Sənəddə deyilir: "Birlik ərazisində qanunsuz qalmanın artması və əsassız sığınacaq istəkləri bu dövlətlərlə viza rejiminin bərpasını tələb edir".
Xüsusilə, EUobserver-in məlumatına görə, Çexiya, AB-yə vizasız rejimlə gələn üçüncü ölkə vətəndaşlarının bu ölkədə sığınacaq almaq üçün müraciət edənlərin demək olar ki, 48% -ni təşkil etdiyindən şikayətlənir.
Qəzetin yazdığına görə, Almaniya isə "vizasız" qaydada daxil olan Gürcüstan vətəndaşlarından sığınacaq istəklərinin 51% artdığını qeyd edirlər. Bu göstərici üzrə Moldova 2019-cu ilin avqust ayından bu yana 429% artım göstərib. Avropa Birliyinin iddia etdiyi digər ölkələrdə də oxşar istəklər üzrə artım müşahidə olunur. Fransa, İtaliya və Belçika da daxil olmaqla digər Avropa ölkələri də "vizasız" gələnlərdən, qanunsuz yaşayış yerlərinin artmasından və əsassız sığınacaq istəklərindən şikayətçidirlər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












