Avropada “İlin avtomobili” seçilib - FOTO

Ənənəvi olaraq, mart ayının əvvəlində keçirilən Cenevrə avtosalonunda, Avropanın ən yaxşı avtomobilini seçirlər. 2021-ci ildə avtosalon keçirilməsə də, “Avropada ilin avtomobili” (European Car of the Year) müsabiqəsinin nəticələri məlum olub. Məlum məsələdir ki, tədbir onlayn keçirilib. Müasibəqinin qalibi Toyota Yaris modeli elan edilib.
Ümumilikdə, əsas kriteriyalara cavab verən 29 namizəd mükafata iddialı olub - onların hamısı 2020-ci ilin sonuna qədər ən azı beş Avropa ölkəsində satışa çıxarılıb. Finala yeddi model adlayıb: Citroen C4, Cupra Formentor, Fiat 500, Land Rover Defender, Skoda Octavia, Toyota Yaris və Volkswagen ID.3.
Münsiflər heyəti ən yüksək xalı Toyota Yaris modelinə verib - yapon hetçbeki 266 xal qazanıb. Heyət modeli həm qənaətcil hibrid modifikasiyasına (avropalı alıcıların 80 faizi məhz onu seçir), həm də “bərkgedən” üçqapılı GR Yaris versiyasına sahib olduğuna görə tərifləyiblər. İkinci yerdə Fiat 500e elektrokarı (240 xal), üçüncü yerdə isə Cupra Formentor krossoveri (239 xal) qərarlaşıb. Sonrakı yerləri Volkswagen ID.3 (224 xal), Skoda Octavia (199 xal), Land Rover Defender (164 xal) və Citroen C4 (143 xal) modelləri tutublar.
Keçən il müsabiqənin qalibi Peugeot 208 hetçbeki olub. 2019-cu ildə isə, birinci yeri Jaguar I-Pace elektrik krossoveri tutub.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA














