Avtomobil sənayesində ciddi problem

Boston Consulting Group analitiklərinin qənaətinə görə, komponent çatışmazlığı 2021-ci ildə qlobal avtomobil istehsalını 7-9 milyon ədəd azalda bilər. Bu ilin birinci rübündə şirkətlərin itkiləri 1,4 milyon avtomobil təşkil edirdisə, ikinci rübdə bu rəqəm 2,6 milyona qədə artıb. Mütəxəssislərin fikrincə, üçüncü və dördüncü rüblərdə, vəziyyətdən və bazardan asılı olaraq, avtomobil istehsalçıları üç milyondan beş milyona qədər avtomobili buraxmayacaqlar.
Araşdırmaya görə, bu ilin ilk yarısında ən ciddi istehsal itkilərinə Ford konserni məruz qalıb - amerikan şirkətinin istehsal həcmi 700 mindən çox avtomobil azalıb. Azalma təxminən 600 min avtomobil istehsal etməyən Stellantis (Peugeot, Citroen, Chrysler, Fiat, Jeep və digər markalar) konsernində və Renault Group qrupunda (415 mindən çox ədəd) da qeydə alınıb.
Boston Consulting Group mikroçip tədarükünün tədricən bərpa olunduğunu, lakin pandemiyanın öz təsirini davam etdirdiyini qeyd edib. “Biz mikroçip istehsalının avtomobil sənayenin tələbatını tam ödəyəcəyi səviyyəyə çatmasını gözləyirik, lakin üçüncü rübdə istehsalın lazımi səviyyəyə çatmasına “delta” ştammı mane olur. Odur ki, istehsalın tam bərpası 2022-ci ilin ikinci yarısından əvvəl baş tutmaayacaqdır”, - mütəxəssislər bildiriblər. Bunun səbəbi, standart istehsal dövrünün 10-12 həftə olması və istehsal güclərinin artıq 6-12 ay müddətinə sifarişlərlə təmin edilməsidir. Autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












