Avtomobil şirkətlərini çip böhranının növbəti dalğası vurur

Ford istehsalı saxlayır, Tesla yeni modeli təxirə salır, Çin şirkətlərinin satışı azalır..
Koronavirus pandemiyasına görə bu ilin əvvəlindən daha da sürətlənən çip böhranında sentyabr ayından yeni dalğa yaşanır.
Bir sıra iri istehsalçılar yenidən istehsal həcmini azaltmağa məcbur olub.
ABŞ-ın ən iri istehsalçılarındna olan Ford dünən bir sıra modellərin buraxılmasında ləngimələrin olacağı anonsunu verib. Belə ki, Kanzasdakı F-150 pikaplarının yığılma zavodunda işlərin dayandırılması növbəti həftə də davam edəcək. Miçiqandakı zavodun isə 3 növbəsindən cəmi 1-i işləyəcək.
Həmçinin, Kentukkidəki Super Duty pikapları və Expedition və Navigator SUV-ları buraxan zavod sentyabrın 6-dan 19-a qədər növbələrin həcmini minimuma salacaq.
Elektromobil bazarının lideri Tesla-nın rəhbəri Elon Mask dünən Tvitter hesabında yarımkeçirici çiplərin təchizatındakı ləngiməyə görə yeni Roadster modelinin yalnız 2023-cü ilin əvvəlində istifadəyə verilə biləcəyini açıqlayıb.
Çinin iri elektrikli avtomobil istehsalçıları da çip böhranından əziyyət çəkir. Nio şirkəti iyuldakı 7931 ədəd müqabilində avqustda cəmi 5880 elektromobil təchiz etdiyini bildirib. Digər bir istehsalçı Xpeng isə müştərilərə iyul ayında 8040 ədəd, avqustda bundan az - 7212 avtomobil çatdırdığını açıqlayıb. ///marja
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












