"AvtoVAZ" 9 mindən çox avtomobili geri çağırır

Rusiyanın "AvtoVAZ" şirkəti 2019-cu ilin yanvar-may aylarında istehsal olunan 9 311 "Lada Xray" avtomobil modelini geri çağırır.
"APA-Economcis" xəbər verir ki, bu barədə Rusiyanın Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyinin ("Rosstandart") açıqlamasında deyilir.
Qeyd olunur ki, nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb elektromexanik sükan valının qaynaq tikişinin zədələnməsidir.
İstehsalçının səlahiyyətli nümayəndələri təmir işləri üçün avtomobili ən yaxın diler mərkəzinə verilməsinin zəruriliyi barədə geri çağırılan nəqliyyat vasitələrinin sahiblərini məlumatlandıracaqlar. Təmir işləri təmənnasız həyata keçiriləcək.
"AvtoVAZ"ın Azərbaycandakı baş idxalatçısı və rəsmi distributoru olan "Xəzər Lada"dan "APA-Economics"ə bildirilib ki, qeyd olunan tarixlərdə istehsal olunan avtomobillərin ölkəyə idxal olunmadığını nəzərə alaraq, geri çağırılma kampaniyası daxili bazara aid deyil.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












