Azərbaycana avtomobil muzeyi lazımdırmı? - FOTO - VİDEO

Avtomobil muzeylərinin təkcə zəngin avtomobilçilik ənənələri olan Almaniya, İtaliya, Fransa kimi ölkələrdə olduğunu düşünmək yanlış olardı. Belçika və İsveçrə kimi avtomobil sektoru güclü olmayan ölkələrdə də sanballı muzeylər mövcuddur. Türkiyədəki Tofaş Anadolu Arabaları Muzeyində sərgilənən döyüş arabaları eradan əvvəl istismar olunub. Bu da deməyə əsas verir ki, avtomobil muzeyi yalnız 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərini əhatə etməməlidir.
Almaniya, İtaliya, Fransa və Rusiya kimi ölkələrin hər birində bu tip muzey və kolleksiyaların sayı onlarla ölçülür. Bu müəssisələrin fəaliyyətinin maliyyələşməsi müxtəlif yollarla həyata keçirilir. Gəlir mənbəyi təkcə ziyarətçilər deyil. Müxtəlif tədbirlər, ianələr, otelçilik fəaliyyəti, reklam və film çəkilişləri daha çox vəsait gətirir. Bu da ziyarət üçün daha əlçatan qiymətlər təklif etməyə imkan verir. Xidmət haqqından asılı olmayaraq bütün avtomobil muzeylərinin ziyarətçi sayı yüz minlərlə ölçülür.
Azyaşlı uşaqlar, təqaüdçülər və jurnalistlər üçün giriş pulsuzdur. İnsanları avtomobil muzeylərinə cəlb etməyin başlıca yolu düzgün marketinq siyasətidir.
Bəs Azərbaycanda avtomobil muzeyi yaratmaq mümkündürmü? Belə müəssisə rentabelli işləyə bilərmi? Bu muzeyin gəlir mənbəyi necə formalaşacaq? Bu sualların cavabı müsbətdir. Avtomobil muzeyinin təşkili zamanı işin mənəvi, ekoloji və iqtisadi tərəfləri də nəzərə alınmalıdır. Nəqliyyat eksperti Elməddin Muradlı Aztv-yə müsahibəsində bildirib ki, gələcəkdə Vətən müharibəsi haqqqında filmlər çəkiləcək. O dövrdə artıq bugünkü maşınlar lazım olacaq. Digər tərəfdən yaxın vaxtlarda utilizasiyaya dair dövlət proqramının icrası başlanacaq. Çıxdaş prosesində avtomobil muzeyinə lazım olan eksponatları toplamaq mümkün olacaq.
Qeyd edək ki, bu il istifadəyə verilmiş Suraxanı Tanker Muzeyi və Hərbi Qənimətlər Parkı göstərdi ki, muzeyin səmərəli fəaliyyəti üçün müasir normalara uyğun təşkil olunmalıdır. Sözügedən müəssisələrdə yüzdən çox adam işlə təmin olunub. Sərhədlər tam açıldıqdan sonra yeni işçilərin qəbulu zərurətə çevriləcək. Bu da deməyə əsas verir ki, avtomobil muzeyinin təşkilinə həm də qeyri-neft sektoruna qoyulan sərmayə kontekstində yanaşmaq lazımdır.
Vüqar Yaşaroğlu
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ













