Kral ailəsinin maşını auksiona çıxarıldı - FOTO

Bəhreynin ilk Baş naziri və Bəhreyn kral ailəsinin üzvü Şeyx Xəlifə bin Salman Əl-Xəlifə məxsus “Aston Martin DB4” satışa çıxarılıb.
Avtosfer.az bildirir ki, “Bring a trailer” hərrac evi tərəfindən satışa çıxarılan bu model 1961-ci ildə kral ailəsi tərəfindən alınıb.
.jpg)
Avtomobil 31 dekabr 1963-cü ildə Bəhreyn Petrol Şirkətinin prezidenti cənab Arnold'a hədiyyə edilib. ABŞ-a gətirilən avtomobil 1987-ci ildə ölümünə qədər cənab Arnoldun yanında qalıb.
.jpg)
Onun ölümündən sonra isə avtomobil qızına miras qalıb və 2020-ci ildə satış dileri tərəfindən əldə edilib.
.jpg)
2021-ci ildə avtomobildə debriyaj və əyləc silindrlərinin yenilənməsi həyata keçirilib və yeni təkərlər quraşdırılıb.
.jpg)
Avtomobilin yürüş məsafəsi isə cəmi - 8000 mil-dir.
.jpg)
322.000 dollara auksiyona çıxarılan “Aston Martin DB4” 17.05.2021 tarixində 510.000$’a satılıb.
.jpg)

Aysel
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












