"BMW" 3 Series işıqlanan barmaqlığa sahib olub

BMW şirkəti 3 Series modelinin Hindistan bazarı üçün hazırlanmış Iconic Edition adlı xüsusi versiyasını nümayiş etdirib. Xüsusi versiyanın əsas xüsusiyyəti - işıqlandırılan radiator barmaqlığıdır. İlk dəfə işıqlanan radiator barmaqlığı X6 (G06) krossoverində debüt edib. Əvvəllər, 3 Series modelləri üçün belə barmaqlıq təklif edilmirdi. Hindistanlı alıcılar uzunbazalı BMW 3 Series Iconic Edition versiyasını 330Li və 320 Ld modifikasiyasında sifariş edə bilərlər. Benzin versiyası 5,35 milyon (120,7 min manat), dizel versiyası isə 5,49 milyon (123,9 min manat) rupiyə başa gələcəkdir.
Yuxarıda geyd etdiyimiz kimi, işıqlanan radiator barmaqlığı ilk dəfə G06 kuzovunda olan BMW X6 krossoverində debüt edib. Lakin qeyri-adi funksiya təkcə krossoverlər üçün əlçatan deyil – artıq bir müddətdir ki, belə işıqlandırmanı ABŞ-dakı 5 Series sedanlarının alıcıları da sifariş edə bilərlər.
Lakin 3 Series modelindəki zavod işıqlandırması Hindisrtan bazarı üçün eksklüzivdir. Iconic Edition nəşri 110 millimetr uzadılmış təkər bazası və zəngin təchizatı olan sedan üçün əlçatandır. Xüsusi seriyanın əsasını Luxury paketi olan 3 Series Gran Limousine təşkil edir. Odur ki, 18-düymlük təkər disklərindən, tam LED optikadan və xrom elementlərdən imtina etmək qeyri-mümkündür.
BMW 3 Series Iconic Edition modelinin təchizatına avtomatik transmissiyanın işıqlandırılan selektoru, arxa oturacaqların başlıqlarına inteqrasiya olunmuş əlavə təhlükəsizlik yastıqları, ön oturacaqların arxasına bərkidilmiş paltarasanlar və multikonturlu oturacaqlar daxil edilib. Dəri tərtibat, panoram dam, kontur işıqlandırması, 16-dinamikli Harman Kordon səs sistemi standart avadanlığa daxildirlər.
Xüsusi seriyadan olan sedanlar 262 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin turbomühərriki, və yaxud 193 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbodizel ilə təklif olunurlar. Sedanlar alternativsiz olaraq 8-pilləli “avtomat” və arxa ötürmə ilə təchiz edilirlər. Iconic Edition seriyasından olan sedanların məhdud sayda buraxılacağına baxmayaraq, xüsusi seriyanın tirajı açıqlanmayıb.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










