BMW Çinə 3,87 milyard dollar sərmayə qoyacaq

Almaniyanın məşhur avtomobil istehsalçısı BMW Çinin Liaonin vilayətindəki ortaq müəssisələrinə 25 milyard yuan (təxminən 3,87 milyard ABŞ dolları) sərmayə yatıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə BMW-nin İdarə Heyətinin sədri Oliver Sipse Çində keçiriləcək beynəlxalq idxal sərgisinin təşviqinə həsr olunan onlayn konfransda deyib. Bu, Almaniya şirkətinin 2009-cu ildən bəri Çinin Şenyan şəhərinə yatırdığı 9,9 milyard dollarlıq sərmayəyə əlavə olacaq.
BMW-nin Çindəki əsas istehsal müəssisələri və tədqiqat mərkəzi Şenyanda yerləşir. Şirkətin Çindəki ortaq müəssisəsi olan “BMW Brilliance Automotive” bir neçə ildir Şenyanın ən böyük vergiödəyicisidir. Bu günlərdə müştərək müəssisədə 4 milyonuncu avtomobil istehsal olunub.
Qeyd edək ki, BMW 1994-cü ildə rəsmi olaraq Çin bazarına girəndən bəri satışları davamlı artır. Belə ki, 2004-cü ildə cəmi 8707 avtomobil satılmışdısa, ötən il bu rəqəm 777 mini ötüb. “BMW Group” keçən il Çin avtomobil satışı bazarının 3,11 faizinə malik olub.
TED.az
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










