BMW də elektromobilini təqdim etdi - FOTO

BMW şirkəti gələcəyin elektromobilini təqdim edib.
Avtosfer.az “technote”a istinadən xəbər verir ki, sözügedən elektromobilin əsas özəlliklərindən biri odur ki, onu tamamilə emal etmək mümkündür.
Bu, sadəcə elektromobilin konsept versiyasıdır və rəsmi istehsaldan hələ söhbət getmir. Təqdim edilmiş elektromobil konseptinin adı isə “BMW i Vision Circular”dır.
Elektromobil konseptinin təqdimatı Münhendə baş tutub. Bu elektromobil elə materiallardan hazırlanıb ki, onu tamamilə emal etmək mümkündür. Bunun üçün istehsalçı elektromobildə dəridən, xromdan, vintlərdən, düymələrdən və s. kimi komponentlərdən istifadə etməyib.
Təbii ki, bu halda elektromobilin təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyi məlum deyil. Lakin buna baxmayaraq, şirkətin fikrincə, 20 ildən sonra nəqliyyat vasitələrinin böyük hissəsi məhz bu cür olacaq.
Şirkət həmçinin bildirib ki, sözügedən elektromobilin batareyasının istehsalında istifadə edilmiş materiallar da təkrar emal prosesi nəticəsində əldə olunub. Elektromobilin gövdəsi anodlaşdırılmış alüminiumdan, arxa konstruksiyası poladdan, təkərləri isə təmiz kauçukdan ibarətdir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















