BMW Şanxayda ikirəngli 7 Series sedanını nümayiş etdirib - FOTO

BMW şirkəti Şanxayda keçirilən avtosalonunda 7 Series sedanın məhdud saylı Shining Shadow Special Edition versiyasını təqdim edib. Xüsusi seriyanın əsas cəhəti iki rəngli kuzovdur. Bənzər bir boyama sxemi Mercedes-Maybach modelləri üçün istifadə olunur.
Xüsusi versiya üçün əsas olaraq, uzunluğu 5,26 metrə çatan uzunbazalı BMW 760 Li xDrive modeli götürülüb. Şirkət, sedanın kuzovunu iki rəngə - yuxarı hissəni gümüş, aşağı hissəni isə tünd qırmızı rəngə boyanıb. Şirkət nümayəndələri kuzobu rəngləmək üçün təxminən bir həftə vaxt lazım olduğunu söyləyiblər. BMW 7 Series Shining Shadow modeli orijinal dizaynı olan 15 milli təkər diskləri və maksimal təchizatı ilə seçilirlər.
Salon tərtibatında tikişləri olan ağ rəngli dəridən və laklı ağacdan dekorativ işləmələrdən istifadə olunur. Bütün oturacaqlar masaj funksiyasına malikdirlər, ikinci sıradakı sərnişinlər üçün ön oturacaqların arxasında quraşdırılmış ekranlar nəzərdə tutulub. Xüsusi seriyadan olan sedanlar 585 at qüvvəli 6.0-litrlik V12 mühərriki ilə hərəkətə gəlirlər. Flaqman sedanı 100 km/saat həddinə süətlənməyə 3.8 saniyəyə sərf edir.
Çin bazarında satılacaq BMW 7 Series Shining Shadow sedanı 25 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır. İkirəngli 7 Series sedanının qiyməti 2,6 milyon yuandır (680 min manat)./autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














