BMW və Stellantis: çip böhranı bu il bitməyəcək

Hər iki istehsalçı mənfəət əldə etsə də, istehsalın azalmasından narahatdır.
Almaniyanın avtomobil nəhəngi, BMW və Rolls Royce kimi brendlərin sahibi BMW Group və 2021-ci ildə Peugeot Group və Fiat Chrysler-in birləşməsindən yaranan, hazırda Jeep, Opel, Peugeot, Fiat, Dodge, Maserati, Alfa Romeo, Chrysler, Citroen, Lancia kimi 14 məşhur brendlə qlobal istehsalda dünya dördüncüsü olan Stellantis cari ilin 2-ci rübü və birinci yarısının nəticələrini təqdim edib.
Avtosfer.az xəbər verir ki, hər iki iri istehsalçı ötən ilə nisbətən kifayət qədər böyük həcmli mənfəət əldə edib. BMW-nin 2021-ci ilin 2-ci rübündəki gəlirləri 43% artaraq 28,58 milyard avro (33,96 milyard dollar), xalis mənfəəti 4,79 milyard avro (5,69 milyard dollar) təşkil edib. Ötən ilin 2-ci rübündə gəlirlər 19,97 milyard avro olmuş, BMW rübü 212 milyon avro zərərlə başa vurmuşdu. Bütövlükdə bu ilin birinci yarısında mənfəət 7,62 milyard avro (9,05 milyard dollar) təşkil edib.
BMW aprel-iyun aylarında 702 min ədəddən çox avtomobil (o cümlədən 617 min 667 ədəd BMW, 83 min 165 ədəd MINI, 1609 ədəd Rolls Royce), 65 mindən çox motosikl satıb.
Stellantisin yanvar-iyun aylarındakı gəlirləri 72,61 milyard avro (86,28 milyard dollar), xalis mənfəəti isə 5,8 milyard avro (6,9 milyard dollar) olub. Ötən il bu rəqəmlər müvafiq olaraq 19,61 milyard avro və 797 milyon avro olmuşdu.
BMW bu ilin ikinci yarısının çip çatışmazlığına görə istehsal həcmi üçün daha çətin olacağını, Stellantis isə böhranın hələ gələn ilə də keçəcəyini, bu il məcburi azaldılan istehsal həcminin 1,4 milyon ədəd olacağını açıqlayıblar.///marja
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ












